"Huma Quşu" Təhsilə Yardım Fondu haqqında bir sıra təhsil ocaqlarında təqdimatlar edilib
"AccessBank" tərəfindən Maliyyə savadlılığı ayı çərçivəsində universitetlərdə "Maliyyə savadlılığının uğurlu karyeraya təsiri" mövzusunda keçirilən təqdimatlarda tələbə və müəllimlərə "Huma Quşu" Təhsilə Yardım Fondu haqqında da ətraflı məlumat verilib. Təqdimatlar Gəncənin 3 universitetində - Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti, Bakıda Azərbaycan Texniki Universitetində və Sumqayıt Dövlət Universitetində keçirilib.
Qeyd olunub ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və onun üçün dəyərli olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik və cəsarət kimi dəyərləri gənclərə aşılamaq məqsədilə fəaliyyət göstərir. 3 il ərzində Fondun 9 proqramı çərçivəsində 45-dən çox qazi və tələbəyə göstərilən dəstək, eləcək də hazırda davam edən Payız çağırışı – “Humayın Xəyaldan Gerçəyə Qrantı” proqramı barədə ətraflı məlumat verilib.
Səmimi və interaktiv mühitdə keçən təqdimatlarda tələbələr Fondun dəyərlərini yaxından tanımaq imkanı əldə ediblər.